Yenilik.Az
www.Yenilik.Az » Dünya » Zaxarova Makrona cavab verdi  

Zaxarova Makrona cavab verdi
 

Zaxarova Makrona cavab verdi
 
2024-01-17 , 16:30

Rusiyanın Ukraynada qələbəsi Makronun "icazəsindən" asılı deyil.

Yenilik.az APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın Ukraynadakı qələbəsinin yolverilməzliyi ilə bağlı sözlərindən sonra ona cavabında bildirib.
"Makronda qeyd olunan "qaydaların" surəti varsa, lütfən paylaşsın. Qələbəyə gəlincə, bu, Makronun və ya başqasının "icazəsindən" asılı deyil. Rusiya dediyini edəcək", - Zaxarova Teleqram kanalında Fransa Prezidentinə cavab verib.
Qeyd edək ki, Makron mətbuat konfransında bildirib ki, Rusiyanın Ukraynada qələbəsinə imkan verilməməlidir. Çünki bu, beynəlxalq nizamın qurulmuş qaydalarını təhlükə altına salacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.