Yenilik.Az
www.Yenilik.Az » Dünya » Makron yenə Azərbaycanın qeybətini etdi

Makron yenə Azərbaycanın qeybətini etdi

Makron yenə Azərbaycanın qeybətini etdi
2023-08-28 , 14:21

Fransanın  BMT Təhlükəsizlik Şurasına “Azərbaycanın blokadası səbəbindən aclıqdan ölmək ərəfəsində olan Dağlıq Qarabağın 120 min sakininə yardım haqqında” qətnamə təqdim etməyə hazırlaşdığı haqda məlumat vermişdik. Bu barədə “Le Figaro” qəzeti yazıb.  

Musavat.com xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron isə “Le Point” qəzetinə müsahibəsində bu xəbəri şərh edərək, Parisin bu məsələ ilə bağlı “xarici siyasət mövqeyinin kifayət qədər aydın olduğunu” vurğulayıb. (mənbə:haqqın.az)
"Laçın yolunun blokadaya alınmasını təəssüf edirəm və pisləyirəm" deyən, Makron sonra bunları əlavə edib:  “Biz həmişə demişik ki, xalqların suverenliyini dəstəkləyirik. Dağlıq Qarabağ məsələsi mürəkkəbdir. Bu məsələ ilə bağlı deyilən ən sərt mövqeləri təkrarlaya bilmərəm. Fransa 2020-ci il müharibəsini birmənalı olaraq pislədi və bir çox humanitar aksiyalar təşkil etdi. Bu gün biz Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olmasına, xalqların və mədəniyyətlərin qorunmasına xidmət edən saziş tapmaq üçün əlimizdən gələni edirik. Bu sülh müqaviləsi zəruridir, lakin bu, beynəlxalq hüquqa uyğun olmalıdır”.
13013958_0_114_999_743_1920x0_80_0_0_8fcadf077e7f5a63f38c8b517aca6475.jpg (169 KB)
Fransa prezidentinin sözlərinə görə, Qarabağda “qəbuledilməz humanitar vəziyyət” yaranıb və Fransanın bu məsələdə rolu Azərbaycana “təzyiq göstərməkdir”. "Biz bu istiqamətdə əlimizdən gələni edirik" deyən, Makron fikirlərinə belə davam edib: “Xüsusilə, biz Qarabağa ərzaq, dərman çatdırmaq və bu bölgəyə sərbəst girişi təmin etmək üçün təşəbbüslərlə çıxış etməyə davam edirik. Bundan başqa, bu gün Ermənistanın öz sərhədləri də təhlükə altındadır”.
Makron hansı təşəbbüslərdən danışdığını dəqiqləşdirməsə də,  güman ki, prezident Fransanın BMT Təhlükəsizlik Şurasına müzakirəyə təqdim etməyə hazırlaşdığı qətnamə layihəsini nəzərdə tutur.
Fransanın Ermənistandakı səfirliyi  BMT-dəki mümkün müzakrələr haqda yazılanlara şərh verməkdən imtina edib. Ermənistan Xarici İşlər Nazirliyi də “Le Figaro”da dərc olunan yazıya münasibət bildirməyib.
dfdfdf.JPG (62 KB)
Yada salaq ki, Ermənistanın avqustun 16-da Təhlükəsizlik Şurasında bu müzakirələrə nail olsa da, yekunda heç bir sənəd qəbul edilmədi ki, bu da İrəvanla bərabər Parisdə də ciddi pərtlik yaradıb.Bildirilir ki, prezident Emmanuel Makron BMT-dəki iflasdan sonra erməni diasporasına bağlı ölkə müxalifətinin də təzyiqləri altındadır. Ermənistanın ictimai rəyi də Parisə əvvəlki kimi mötəbər, sözükeçən dövlət kimi baxmır. O da aydındır ki, Makronun yenidən BMT-də hansısa yalanlarla dolu qətnamə qəbul etməyə çalışması Parisi daha da gözdən salacaq.  
Bu arada o da məlum olub ki,  Paris, Marsel və Strasburq merləri Fransanın Qarabağa yeni humanitar yükünü müşayiət edəcək. Bu barədə  Ermənistan mətbuatı məlumat yayıb."Fransadan 10 ağır yük maşınından ibarət humanitar karvan avqustun 30-da Kornidzora - Ermənistan Artsaxının girişində yola düşəcək", - Fransanın "Le Figaro" jurnalının direktor müavini Jan-Kristof Buisson bu barədə öz  “X hesabında yazıb.
O qeyd edib ki, yük Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) köməyi ilə yığılıb. Yükü Fransanın bir sıra regionlarının nümayəndələri müşayiət edəcək. Nümayəndə heyətinə Parisin meri Anna Hidalqo rəhbərlik edəcək. Nümayəndə heyətinə Marsel və Strasburq merləri, həmçinin Fransanın bir sıra regionlarının rəhbərləri də daxildir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.