Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Müğənnini öldürən əri barədə QƏRAR VERİLDİ

Müğənnini öldürən əri barədə QƏRAR VERİLDİ

Müğənnini öldürən əri barədə QƏRAR VERİLDİ
2023-10-19 , 15:31

Müğənni Yaqut Nərimanı (Həşimova) qətlə yetirməkdə ittiham olunan əri Anar Həşimov hakim qarşısına çıxarılıb.

 
Yenilik.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nizami Rayon Məhkəməsində keçirilən iclasda prokuror təqsirləndirilən şəxs barədə həbs qətimkan qərarı verilməsini istəyib. Məhkəmə istintaq orqanının təqdimatını əsaslı hesab edib.
 
Qərara əsasən, A.Həşimov barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, 39 yaşlı Anar Həşimovun Nizami rayonunda birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 38 yaşlı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Həşimov şübhəli şəxs qismində tutulub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.