Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Özünüzü niyə öldürürsünüz, toyxanada orden vermirlər"

"Özünüzü niyə öldürürsünüz, toyxanada orden vermirlər"

2023-04-03 , 14:44

"Sənət dostlarımla aramda nəsə inciklik olanda danışırıq, bir-birimizi başa düşürük. Biz mehribançılıq, dostluq bacarırıq. Bizdən sonra gələnlər isə belə deyil".

Yenilik.az xəbər verir ki, bu sözləri əməkdar artist Gövhər Rzayeva "Bağ havası" verilişində deyib. Qarmon ifaçısı yeni ifaçıların bir-birinə paxıllıq etməsindən danışıb:
"Bizdən sonra gələnlər isə belə deyil. Bəzən gedirsən ki, bir məclisdə 5 müğənni var. Onlardan biri əsasdır, digərləri gəlib oxuyub gedirlər. Ev sahibi onları istəyib çağırıb. Mikrofonu vermirlər. Bu mikrofonda nə görmüsünüz, verin başqası da oxusun. Özünüzü niyə öldürürsünz. Hələ görməmişəm ki, toyxanada adama orden versinlər. Hamı çörəkpulu üçün gəlib. Qoyun, oxuyan oxusun və getsin".
Verilişin digər qonağı əməkdar artist Nüşabə Ələsgərli isə "Çıxışını yekunlaşdırıb, görür sən gəlmisən. Acıqla, qəsdən başlayır ifasını uzatmağa. Halbuki ortada oynayan, səndən bunu istəyən yoxdur" sözlərini əlavə edib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.