Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Nə əcəb “evlən” demirsiniz?” - Talıb Tale

“Nə əcəb “evlən” demirsiniz?” - Talıb Tale

“Nə əcəb “evlən” demirsiniz?” - Talıb Tale
2023-10-03 , 11:56

Müğənni Talıb Tale şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Bakıvaxtı.az xəbər verir ki, Talıb Tale evlilikdən söz açıb. Müğənni 42 yaşı olmasına baxmayaraq, hələ də ailə həyatı qurmadığını deyib: "Daha nə qədər evlən desinlər? Əvvəl o qədər deyirdilər ki... İndi daha demirlər. Arada özüm deyirəm, nə əcəb daha evlən-evlən demirsiz?" (Gülür)
Onun sözlərinə görə, bəzən, yolda tanımadığı insanlar qarşısını kəsərək “ay bala, nə olar ki, evlən" deyirlər: “Nənələr öz övladları kimi görürlər. Deyirəm yaxşı, evlənəcəm".
Qeyd edək ki, dinləyiciləri və sosial şəbəkə izləyiciləri Talıb Talenı duet ortağı Zeynəb Həsəni ilə yaraşdırırlar. Lakin cütlük dost olduqlarını, evlənmək haqqında düşünmədiklərini açıqlayıblar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.