Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Zümrüdün maşınına hücum oldu - Bunu edən insan - VİDEO

Zümrüdün maşınına hücum oldu - Bunu edən insan - VİDEO

Zümrüdün maşınına hücum oldu - Bunu edən insan - VİDEO
2023-11-16 , 15:09

Aparıcı Zümrüd Bədəlovanın avtomobilinə hücum edilib.

Yenilik.az olay-a istinadən bildriir ki, bu barədə Zümrüd "Xəbər-ətər" verilişində danışıb.
O bildirib ki, bu, hal bir neçə dəfə təkrarlanıb:
"Dayanmadan avtomobilimə zərər vuran o insana üzümü tuturam. Bilmirəm, hansı niyyətlə bunu edirsiniz. Amma siz nə qədər etsəniz də, mən efirə çıxım bunu danışıb güləcəm. Dəmir parçasına olunan ziyanın bizə heç bir təsiri yoxdu. Sadəcə insan təəssüflənir. Çünki səhər tezdən oyanırsan, işə getmək üçün tələsirsən, günlərdir avtomobilin üstündə çəkilən şəkilləri, cızıqları görürsən. Onları boş verdim, bunu uşaq da edə bilər. Amma qapını açmağa çalışıb, bərbad vəziyyətə qoymaq, əvvəlcə daşla əzmək, şüşə ilə cızmaq və şüşə qırıqlarını maşının üstünə səpmək qədər absurd bir şey ola bilməz. Bunu edən insan ya psixoloji xəstədir, ya da bilmirəm ki, hansı haldadır. Səbəb nədir? Niyə hər səhər polis əməkdaşlarını narahat etməliyəm. Bu dəfə ciddi yanaşdım. Onu edən şəxs başının üstündəki kameranı görməyib. Onları açdırıb, nəhayət həmin adamı tapmalıyam. Sən mənim eyvanımın altında saxladığım avtomobilə zərər yetirirsənsə, sabah da... Düzdü, bunu edə bilməz. Çünki dörd tərəfdə kamera var. Sadəcə maşının üstündəkini görməyiblər. Günə belə başlamağı heç kim istəməz. Maddi sıxıntı, günlərlə avtomobilsiz qalmaq məcburiyyətində olmaq, mənəvi nəsə çəkinməyə başlayır üç. Düzdü, çəkinmirəm, Azərbaycan polisləri var olsun. Bilirsiz kız ötən ay da polislərimizin sayəsində məni sosial şəbəkələrdə təhqir edən, nalayiq söyüşlər yazan insanı da tapdıq. Onu da bölməyə gətirdilər. Dünya və Azərbaycan başıboş, dərəbəylik deyil. Bir var yuxarıdan maşının üstünə daş düşə, bu, qətiyyən mümkün deyil. Daş düşdü, maşını əzdi, yerə düşdü deyək. Amma daş maşını bilə-bilə cızmır".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.