Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Elgiz Əkbər verilişi ilə bağlı verilən QƏRARDAN DANIŞDI: Kim narahatdırsa, o da...

Elgiz Əkbər verilişi ilə bağlı verilən QƏRARDAN DANIŞDI: Kim narahatdırsa, o da...

Elgiz Əkbər verilişi ilə bağlı verilən QƏRARDAN DANIŞDI: Kim narahatdırsa, o da...
2024-03-27 , 17:40

ARB TV-də yayımlanan “Elgizlə İzlə”, “Səni Axtarıram” və “Xəbər Ətər” verilişlərinin yayım vaxtında dəyişiklik edilib.

Bu barədə ARB TV-nin rəsmi səhifələrində paylaşılıb.
Dəyişikliyə əsasən, “Elgizlə İzlə” verilişi 14:00-da, “Səni Axtarıram” verilişi isə 16:30-da efirə çıxacaq.
İZLE .png (581 KB)
SENİ .png (523 KB)
“Xəbər Ətər” proqramı 10:50-də yayımlanacaq.
ZUMRUD .png (608 KB)
Bəs görəsən, verilişlərin yayım vaxtı niyə dəyişdirilib?
Elgiz Əkbər Musavat.com-a açıqlamasında bildirib ki, bu qərarı kanal verib:
“Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Zəhmət olmasa, kanalın mətbuat xidməti ilə əlaqə saxlayın”.
Aparıcı cəmiyyətin sosial verilişlərə münasibətindən isə danışmaq istəməyib:
“Cəmiyyətin sosial verilişlərə münasibəti barədə çox danışmışam, sözümü demişəm. Eyni fikirləri təkrarlamaq istəmirəm. Kim narahatdırsa, o da cavab versin”.
Musavat.com olaraq yuxarıda qeyd etdiyimiz verilişlərin yayım vaxtında edilən dəyişikliyin səbəbini öyrənmək məqsədilə ARB TV-nin mətbuat xidmətinə sorğu göndərmişik. Cavabı yaxın saatlarda yayımlayacağıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.