Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Elza Seyidcahana xəbərdarlıq olunub

Elza Seyidcahana xəbərdarlıq olunub

Elza Seyidcahana xəbərdarlıq olunub
2024-09-24 , 15:49

Əməkdar artist Elza Seyidcahanın bu yaxınlarda efirdə səsləndirdiyi şeirdəki söz oyunlarının yaratdığı assosiasiya, dolayısıyla, vulqarizm elementləri təsiri bağışlayıb, bu səbəbdən ictimai hiddət və narazılıqla qarşılanıb. 

Yenilik.az Kulis.az-a istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Katibliyi bütün bunları Elza Seyidcahanın nəzərinə çatdıraraq onu belə çıxışlardan, leksikonunda mənfi təəssürat oyadan kəlmə və ifadələrə yer verməkdən çəkinməyə çağırıb.
İctimaiyyətin, xüsusən ədəbi mühitin nümayəndələri həmin materialda geniş auditoriyaya hörmətsizlik, cəmiyyətə meydan oxumaq, ədəbi dəyərləri, poeziyanı gözdən salmaq, onu gülüş obyektinə çevirmək, üzvü olduğu Azərbaycan Yazıçılar Birliyinin nüfuzuna xələl gətirmək kimi məqamlar görərək kəskin etiraz bildiriblər. Ortaq və doğru olan qənaət belədir ki, diqqət çəkmək üçün bu cür bayağı, qeyri-məqbul üsullardan istifadə etmək ciddi sənət adamına yaraşmır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.