Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Taleyim belə gətirdi, peşman deyiləm” - Talıb Tale

“Taleyim belə gətirdi, peşman deyiləm” - Talıb Tale

“Taleyim belə gətirdi, peşman deyiləm” - Talıb Tale
2026-05-31 , 16:36

"Taleyim belə gətirdi. Niyyətim yox idi. Valideynlərim həyatda olsaydı, bu yaşa qalmazdım. Babalarım da elə 40 yaşdan sonra evləniblər. Gec evlənməyimə peşman deyiləm".

Bu sözləri Talıb Tale "Künc-bucaq" verilişində deyib.
İfaçı gec ailə qurmasına belə münasibət bildirib:
"Anı yaşamağın fərqinə varmayan insanlar deyir ki, birtəhər uşağımı böyüdüm. Bunu bir missiya kimi görürlər. Əsas bu prosesi yaşamaqdır. Gələcək onsuz da bilinmir, nə olacaq. Keçmiş də keçmişdə qalıb. Əsas anı yaşamaq lazımdır. Belə mövzularda cəmiyyətin fikrini o qədər də önəmsəmirəm. Deyirlər ki, taylarının nəvəsi var. Varsa, var da. Ata olmaq məni daha həssas, məsuliyyətli etdi. Həyatı daha çox sevdim. Həyat yoldaşım qısqanc deyil". (Axşam.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.