Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Şavkat Mirziyoyev Azərbaycana gələcək

Şavkat Mirziyoyev Azərbaycana gələcək

Şavkat Mirziyoyev Azərbaycana gələcək
2023-03-24 , 10:15

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrda Azərbaycana səfər edəcək.

Yenilik.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilib.
Daşkənd şəhərindəki “Yeni Özbəkistan” parkında keçirilmiş Novruz şənliyində diaspor nümayəndələrimizlə görüşən Şavkat Mirziyoyev deyib ki, sentyabrda Azərbaycana səfər edəcək.
Prezidentin sözlərinə görə, səfər çərçivəsində Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən inşa edilən məktəbin açılış mərasiminə qatılacaq.
Qeyd edək ki, işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik məktəb binası inşa edilir. Binanın tikintisinin 2023-cü ilin avqust ayında yekunlaşdırılması nəzərdə tutulur.





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.