Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Siyavuş Novruzov müəllimlərin sertifikatlaşdırılmasından DANIŞDI: "Müəllimin maaşı arasında fərq olmalıdır"

Siyavuş Novruzov müəllimlərin sertifikatlaşdırılmasından DANIŞDI: "Müəllimin maaşı arasında fərq olmalıdır"

Siyavuş Novruzov müəllimlərin sertifikatlaşdırılmasından DANIŞDI:
2023-05-31 , 14:11

"Müəllimlərin sertifikatlaşdırılması irəli sürülür, lakin bununla bağlı ədəbiyyat, test yoxdur".  

Yenilik.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib.
Deputat çıxışı zamanı bəzi şikayətlərini dilə gətirib.
"Müəllim bilmir ki, imtahana hazırlaşanda haradan oxumağa başlasın. Abituriyentlər üçün proqramlar olur, onlar bilir ki, imtahana necə hazırlaşmaq lazımdır. Lakin müəllimlərdə belə deyil. Sertifikatlaşdırmanı 3il müddətinə salırıq, lakin bu 5 il müddətinə olmalıdır. 3 il sonra sertifikasiya imtahana gedən müəllimlə getməyən müəllimin maaşı arasında fərq olmalıdır.
Qeyd edirlər ki, müəllimlərin hazırlaşması üçün ölkədə 57 müəssisə var. Amma gəlin görək ki, ölkədə müəllimlərin sayını nəzərə alsaq, onlar necə yerləşəcəklər?" , - o vurğulayıb.
Deputat ardınca təkliflərini səsləndirdi: “Türkologiya və Cənubi Azərbaycan məsələsinə geniş yer ayrılmalıdır. Sovet hökumətinin vaxtında türkologiya jurnalı var idi, indi o da yoxdur. Biz türk dünyası qururuq, amma elm bu prosesdə iştirak etmir”.
Komitə rəhbəri bildirdi ki, bu gün heç bir nazirlik peşə məktəbi açmır: “Mingəçevir kimi böyük sənaye mərkəzində cəmi 2 peşə məktəbi, Gəncədə 4-ü var. Sumqayıt kimi böyük sənaye şəhərində peşə məktəblərinə ehtiyac var. Hər quruma tapşırıq verilməlidir ki, ciddi peşə məktəbi açsın”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.