Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Müəllimlərə ŞAD XƏBƏR

Müəllimlərə ŞAD XƏBƏR

Müəllimlərə ŞAD XƏBƏR
2026-01-17 , 14:59

Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik edilib.

Yenilik.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Daha əvvəl bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri bir qayda olaraq məktəblərdə yay tətili dövründə verilirdi.

Qanuna əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində veriləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.