Qərbi Kaspi Universiteti mühüm uğurlara imza atdı
Qərbi Kaspi Universiteti beynəlxalq akademik məkanda mövqeyini daha da möhkəmləndirərək akkreditasiya, keyfiyyət təminatı və müasir təhsil infrastrukturu sahələrində mühüm nailiyyətlər əldə edib.
Universitetin son illərdə həyata keçirdiyi məqsədyönlü inkişaf strategiyası xüsusilə tədqiqat universiteti modelinin formalaşdırılması istiqamətində mühüm nəticələr verib. Son üç-dörd il ərzində universitetin elmi-tədqiqat bazası əhəmiyyətli dərəcədə gücləndirilib, dünyanın müxtəlif ölkələrindən tanınmış alimlər tədris və elmi fəaliyyətə cəlb olunub, Universitetdə çalışan gənc tədqiqatçıların beynəlxalq standartlara uyğun elmi fəaliyyətlərdə iştirakı genişləndirilib. Bu yanaşma universitetin elmi nəticələrinin və beynəlxalq elmi platformalarda təmsilçiliyinin artmasına ciddi töhfə verib.
Hazırda Qərbi Kaspi Universiteti 12 ixtisaslaşmış ingilisdilli elmi jurnal nəşr edir. Həmin jurnallarda həm Azərbaycan, həm də xarici ölkə tədqiqatçılarının elmi işləri dərc olunur. Bütün bunların nəticəsi olaraq universitet dünyada ən yüksək reytinqləri olan “Web of Science” və “Scopus” kimi nüfuzlu beynəlxalq elmi bazalarda, əsasən Q1 və Q2 kateqoriyalı jurnallarda çap olunan məqalələrin sayına görə ölkədə lider mövqeyinə yüksəlib.
2026-cı ildə universitet əməkdaşlarının elmi məqalələrinə edilən istinadların sayına görə Qərbi Kaspi Universiteti ölkə üzrə birinci olub. Bu göstərici universitetin Azərbaycan elminin beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmlənməsinə verdiyi töhfəni bir daha təsdiqləyir.
Beynəlxalq akkreditasiya prosesləri çərçivəsində ASIIN və FIBAA beynəlxalq agentliklərin təhsil ekspertləri universitetə bir neçə dəfə səfər edib. Səfərlər zamanı universitetin akademik proqramları, elmi-tədqiqat fəaliyyətləri, tələbə və profesor-müəllim heyəti, habelə məzunlar və işə götürən tərəfdaş müəssisələrin nümayəndələri ilə görüşərək ikili diplom proqramları, innovativ layihələr və beynəlxalq tərəfdaşlıqlar geniş şəkildə məlumatlar əldə ediblər. Nümayəndə heyəti universitetin müasir laboratoriyaları və tədris infrastrukturu ilə yaxından tanış olaraq yaradılmış şəraiti yüksək qiymətləndirib.
Qərbi Kaspi Universitetinin bakalavriat səviyyəsi üzrə Biologiya (ixtisas kodu 050505), Su bioresursları və akvakultura (ixtisas kodu 050708), Ekologiya (ixtisas kodu 050504), Meşəçilik (ixtisas kodu 050706), Kompüter mühəndisliyi (ixtisas kodu 050631), Kompüter elmləri (ixtisas kodu 050509), İnformasiya texnologiyaları (ixtisas kodu 050616), İnformasiya təhlükəsizliyi (ixtisas kodu 050615), Cihaz mühəndisliyi (ixtisas kodu 050624), Mexatronika və robototexnika mühəndisliyi (ixtisas kodu 050629) ixtisasları, habelə magistratura səviyyəsi üzrə Biologiya (ixtisas kodu 060505) ixtisasının Genetika, Molekulyar biologiya ixtisaslaşmaları, Ekologiya (ixtisas kodu 060510) ixtisasının- Ətraf mühitin mühafizəsi və bərpa metodları ixtisaslaşması, beynəlxalq proqram akkreditasiyasından uğurla keçib.
Bununla yanaşı, Qərbi Kaspi Universitetinin İqtisadiyyat (ixtisas kodu 050405), Maliyyə (ixtisas kodu 050406), Marketinq (ixtisas kodu 050407), Menecment (ixtisas kodu 050408) və Biznesin idarə edilməsi (ixtisas kodu 050402) ixtisasları 2026-cı ilin mart ayında FIBAA-nın akkreditasiya agentliyi tərəfindən Avropa təhsil standartlarına uyğun hesab olunub. Bu akkreditasiyalar tələbə və məzunların beynəlxalq təhsil və əmək bazarına inteqrasiyası üçün geniş imkanlar yaradır.
Eyni zamanda Qərbi Kaspi Universiteti lider mövqeyini davam etdirərək 2026-cı ilin aprel ayında ASİİN beynəlxalq akkreditasiya agentliyi tərəfindən institusional akkreditasiya qiymətləndirilməsindən də uğurla keçib. Bu uğur universitetin ümumilikdə Avropa ali təhsil məkanının keyfiyyət standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Akkreditasiya proseslərinin nəticəsi olaraq universitetdə laboratoriya və tədqiqat infrastrukturu daha da gücləndirilib. Müasir texnoloji avadanlıqlarla təchiz edilən laboratoriyalar tələbələrin praktiki bacarıqlarının inkişafına, innovativ layihələrin hazırlanmasına və elmi-tədqiqat fəaliyyətinin genişlənməsinə mühüm töhfə verir.
Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbində fəaliyyət göstərən “Ağıllı cihazlar mexanikası” laboratoriyası, “Deeptech süni intellekt tədqiqat və hesablama” laboratoriyası, “Data analitika və şəbəkələşmə” laboratoriyası, “Kompüter mühəndisliyi” laboratoriyası, “Geomatika” laboratoriyası, “Kimya və ətraf mühitin monitorinqi” laboratoriyası, “Genetika və molekulyar biologiya” laboratoriyası , “Biotexnologiya” laboratoriyası Tədqiqat Mərkəzinin “ Ekoloji və biomüxtəliflik tədqiqatlar”, “ Meşə artımının təhlili və dendroxronologiya”, “Qida mühəndisliyi” laborotoriyaları universitetin elmi potensialının əsas göstəricilərindən hesab olunur.
Eyni zamanda Biznes və idarəetmə Məktəbində “Birja əməliyyatlarının simulyasiya” laboratoriyası, Filologiya və Tərcümə Məktəbində yaradılmış “Linqvistika” Tədqiqat Mərkəzi , Siyasi və İctimai Elmlər Məktəbində fəaliyyət göstərən “Siyasi Analiz və Diplomatik Simulyasiya” laboratoriyası, eləcə də Dizayn Məktəbinin xüsusi emalatxanaları universitetin multidissiplinar elmi-tədqiqat imkanlarını daha da genişləndirir.
Beynəlxalq akkreditasiya göstəriciləri, müasir elmi infrastruktur və artan elmi nəticələr Qərbi Kaspi Universitetinin qlobal təhsil məkanında mövqeyinin daha da möhkəmləndiyini, beynəlxalq rəqabət qabiliyyətinin yüksəldiyini və yüksək ixtisaslı mütəxəssis hazırlığında mühüm nailiyyətlər əldə etdiyini bir daha təsdiqləyir.









OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Azərbaycanda vəkilliyin inkişafı “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu – 25 il
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Azərbaycanda insan hüquqlarının etibarlı müdafiəsi: görülən işlər və perspektivlər
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Prezident Özbəkistan mediasına müsahibə verib
X Qlobal Bakı Forumu dünya mediasının diqqət mərkəzində
Prezidentlər Birgə Bəyanat imzaladılar
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
“Hami və heç kim üçün…” – Bakıda 55 minlik özəl məktəblərdə təhsil alanlar kimlərdir? (Araşdırma)
İsrailin “erməni soyqırımını tanımaq” təşəbbüsünə Ermənistandan şok cavab 2026-06-26 , 22:15
Anar Bağırovun sədrliyi ilə BDU-da magistrantların dissertasiyası müdafiə olunub - FOTO 2026-06-26 , 20:35
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı 2026-06-25 , 17:17
Sumqayıtda qazıntı işləri bitmək bilmir – RƏSMİ AÇIQLAMA 2026-06-25 , 17:15
Novxanı çimərliyində xəndək qalmaqalı - Səbəb bu imiş 2026-06-25 , 17:14
TƏBİB-dən Fərhad Mehdiyevə cavab 2026-06-25 , 17:13
Sumqayıtda real təhlükəyə çevrilən yataqxana 2026-06-25 , 17:12
Çinarə qızını göstərdi – VİDEO 2026-06-25 , 17:09
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Prezident səfiri geri çağırdı - Sərəncam 2026-06-25 , 17:01
FHN Aqşin Fatehin restoranını bağladı - Foto 2026-06-25 , 16:59
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - Fotolar 2026-06-25 , 16:56
İlham Əliyev 8 fərman imzaladı 2026-06-25 , 16:55
Prezident sərəncam imzaladı 2026-06-25 , 16:54
Azərbaycanın məşhur klinikası bağlandı - FOTO 2026-06-24 , 15:40
Cavanşir Məmmədovun qızı və nəvəsi eyni ildə məzun oldu - FOTO 2026-06-24 , 15:34
Bağlanan verilişlər yeni mövsümdən qayıdır? - RƏSMİ 2026-06-24 , 15:33
Sabah yağış yağacaq - axşam güclənəcək 2026-06-24 , 15:32
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı 2026-06-24 , 15:29
Mask trilyonçu statusunu itirdi 2026-06-24 , 15:28
“82 yaşım var, bu mənim son arzumdur” – Şeyx Əbdül 2026-06-24 , 15:26
Pediatrdan valideynlərə sərt xəbərdarlıq: “Uşaqlara qarpız verməyin” 2026-06-24 , 15:25
"Ürəyi 3 saat 40 dəqiqə döyündü" - Fərhad Mehdiyevdən tibbi xidmətə daha bir irad 2026-06-24 , 15:21
Sabah Aşuradır 2026-06-24 , 15:19
Elon Mask məhərrəmliyə qarşı: Paylaşımı rezonans doğurdu 2026-06-24 , 15:18
Lerikdən Bakıya niyə gəldilər? – 4 gəncin faciəsinin arxasındakı reallıq 2026-06-24 , 15:17
“Pulsuz təhsil dünyanın heç yerində yoxdur” - Nazir 2026-06-24 , 15:16
Şəxsi həyatı ilə bağlı suala əsəbiləşdi - Foto 2026-06-24 , 15:11
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır 2026-06-24 , 15:01
“Blue Residence” sakinlərindən NARAZILIQ: Evin çıxarışı üçün pul tələb edirlər – Foto 2026-06-24 , 14:59
Vəfat edən əsgərlə bağllı məhkəmə - ciddi səhlənkarlıq faktları açıqlandı 2026-06-24 , 14:56
Yağış və dolu yağacaq - sel təhlükəsi var 2026-06-23 , 17:03
“Deyirlər, 18 yaşı tamam olmuş qəşəng qızlarınız var...” - VİDEO 2026-06-23 , 17:00
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO 2026-06-23 , 15:41
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər - FOTO 2026-06-23 , 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO 2026-06-23 , 15:31
Arif Hacılının ölkədən çıxışına qadağa - SƏBƏBİ BİLİNMİR 2026-06-23 , 15:29
"Onun-bunun üçün ölməyin" - Nadir Qafarzadə 2026-06-23 , 15:28
Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar - FOTO 2026-06-23 , 15:02
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan qurum yarım milyonluq fəhlə paltarı və digər zəruri mallar alır 2026-06-23 , 15:00
Abituriyentlərin apellyasiya müraciətləri ödənişli olacaq? - DİM belə istəyir - FOTO 2026-06-23 , 14:59
Nadir: Onun bir az xəsisliyi də var... Allah köməyi olsun 2026-06-23 , 14:58
Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq - FOTO 2026-06-23 , 14:57
“Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN – Ekspert 2026-06-23 , 14:55
Qalmaqal böyüyür: Aysun yaxın çevrəsini hədəfə aldı - VİDEO 2026-06-23 , 14:54
Sergey Lavrov jurnalistlərlə görüşdə SÖYÜŞ SÖYDÜ - VİDEO 2026-06-23 , 14:50
Nəsrin atası və həyat yoldaşı ilə - FOTO 2026-06-23 , 14:42
"Məşhur sima üçün restoranda tək əyləşmək çətindir" - VİDEO 2026-06-23 , 14:40