Yenilik.Az
www.Yenilik.Az » Ağdərə boşaldılır

Ağdərə boşaldılır

Ağdərə boşaldılır
2023-09-24 , 16:50

Qarabağda qanunsuz məskunlaşan ermənilər hazırda Azərbaycanın Ağdərə rayonundan təxliyə edilirlər. 

Bu barədə erməni KİV-ləri məlumat yayıb. Həmçinin Azərbaycanın "Telegram" kanallarında rayonun mərkəzindən görüntülər yayılıb. Qeyd olunub ki, ermənilər təxliyəyə hazırlaşır və proses artıq başlanıb. 
Məlumata görə, sözügedən şəxslər Ermənistana köçürüləcək. Artıq Gorusda onlar üçün mərkəzin yaradıldığı bildirilir. 
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi ermənilərin Ağdərədə kütləvi yanğınlar törətməsi ilə bağlı məlumat yaymışdı. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.