Yenilik.Az
www.Yenilik.Az » Şəbnəm bu sözləri Vəfaya deyib?

Şəbnəm bu sözləri Vəfaya deyib?

Şəbnəm bu sözləri Vəfaya deyib?
2024-01-18 , 17:01

"Gözü tox xanımam. Bahalı hədiyyələrlə başı aldadıla biləcək xanım deyiləm".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Rəngarəng səhər" verilişində deyib.
Sənətçi "Sevən kişi hədiyyə ilə qadının önündə özünü bağışlatmaz. Sevən insan hər zaman fədakar olur. Bu insanlar üçün hər gün bayram olur. Şəxsən özümdən deyirəm ki, bir bəydə fədakarlığı çox sevirəm. Hədiyyə vermək baş aldatmaq kimidir. Belə olanda isə xanım yalnız bəyin cibinə və verdiyi hədiyyəyə baxacaq" sözlərini əlavə edib.
Aparıcı Zaur Nəbioğlu ad çəkmədən Şəbnəmin bir neçə gün əvvəl barışmaq üçün həyat yoldaşının ona ev bağışladığını açıqlayan Vəfa Şərifovaya daş atdığını söyləyib. 
Ş. Tovuzlu isə "Əsla... Bilirəm, nəyi deyirsiniz, amma yox, elə düşünülməsin" reaksiyasını verib.  
Qeyd edək ki, bir müddət əvvəl müğənni Vəfa Şərifova həyat yoldaşı, iş adamı Famil Xəlilovla ayrıldığını açıqlamışdı. O, daha sonra verilişlərdə uşaqlarının atasının barışmaq üçün ona bahalı evlər bağışladığını deyib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.