Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Vəfa Şərifova həyat yoldaşından ayrıldı: "Nikahımız yox idi..."

Vəfa Şərifova həyat yoldaşından ayrıldı: "Nikahımız yox idi..."

Vəfa Şərifova həyat yoldaşından ayrıldı:
2023-12-04 , 22:34

Vəfa Şərifova iş adamı həyat yoldaşı Famil Xəlilovla yollarını ayırdığını açıqlayıb.

Yenilik.azxəbər verir ki, bu barədə ifaçı "Həmin Zaur" verilişində danışıb. O, Famillə rəsmi nikahda olmadığını bildirib:
"Nikahımız yox idi, kəbin kəsdirmişdik. Ona da son qoyduq. Bu günə qədər düşünmədən heç bir addım atmamışam. Daha yaxşı yollar olsaydı, hər halda orada addımlayardım. Belə gətirdi və belə oldu. Üç və ya dörd uşaqla da ayrılanlar var. Onun sevgisini, diqqətini sevirdim. Sevən bir insanın sevmədiyini görmək ağırdır bir qadın üçün. Ona görə də qismət belə oldu".
Qeyd edək ki, müğənni bir müddət öncə həyat yoldaşı tərəfindən xəyanətə uğradığını açıqlamışdı.
 
Vəfanın bu münasibətdən bir qız və bir oğul övladı var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.