Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ceyhun Bayramov Qətərdə BMT-nin ən az inkişaf etmiş ölkələr üzrə Konfransının açılışına qatılıb

Ceyhun Bayramov Qətərdə BMT-nin ən az inkişaf etmiş ölkələr üzrə Konfransının açılışına qatılıb

Ceyhun Bayramov Qətərdə BMT-nin ən az inkişaf etmiş ölkələr üzrə Konfransının açılışına qatılıb
2023-03-05 , 16:35

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətərdə ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransının (LDC5) açılış mərasimində iştirak edir.

Yenilik.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
“Ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransı (LDC5) beynəlxalq yardıma ən çox ehtiyac duyulan yerlərdə davamlı inkişafı sürətləndirmək üçün bir fürsətdir”, - XİN-dən bildirilib.
Qeyd edək ki, Ceyhun Bayramov dünən Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.
Ceyhun Bayramov Qətərdə BMT-nin ən az inkişaf etmiş ölkələr üzrə Konfransının açılışına qatılıb


 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.