Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Hikmət Hacıyev: “KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər”

Hikmət Hacıyev: “KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər”

Hikmət Hacıyev: “KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər”
2023-03-12 , 20:09

“KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər”.

Yenilik.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Report”a müsahibəsində bildirib.
“Ermənistan daim ümid edirdi ki, KTMT ölkələri onun Azərbaycanın ərazilərini işğalda saxlamasına kömək etməlidir. Amma həmin ölkələr Ermənistanın bu avantürist siyasətinin alətinə çevrilmək istəmirdilər. Yəni, Ermənistan özünü yanlış addımları ilə pis vəziyyətə salıb. KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovu vəzifədə ola-ola necə hörmətsiz qaydada geri çağırıb cinayət işi açmaları hamının yadındadır. Bu, əslində, bütün KTMT üzv ölkələrinin təhqir olunması idi”, - Hikmət Hacıyev qeyd edib.
“Son vaxtlar Ermənistan öz ərazisində KTMT-nin təlimlərinin keçirilməsindən imtina etdi. İndi də artıq baş katibin müavini kvotasından imtina ediblər.
Hayastan Respublikası hesab edir ki, bütün dünya bunlara borcludur, hamı gəlib onların əvəzinə Azərbaycana qarşı vuruşmalıdır. Əsassız iddiaları qəbul edilmədiyi üçün hamıdan inciyirlər. KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər”, - Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.