Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Prezident: “Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir”

Prezident: “Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir”

Prezident: “Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir”
2023-03-14 , 10:17

“Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir. Çünki bu gün bizim ixrac imkanlarımız ötürülmə gücləri ilə məhdudlaşır”.

Yenilik.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.
“Xatirimdədir ki, Gürcüstan və Türkiyə vasitəsilə maksimum 1 000, yaxud 1 500 meqavat ötürmə qabiliyyəti var. Hər iki ölkədə - Gürcüstan və Türkiyədə bu həcmlər tamamilə son həddədir”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, buna görə ötürmə qabiliyyətinin artırılması üçün həmin iki ölkəyə əlavə sərmayələr yatırılmalıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.