Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Sosial müavinət almaq istəyəndə bilirlər ki, adlarında torpaq var”

“Sosial müavinət almaq istəyəndə bilirlər ki, adlarında torpaq var”

“Sosial müavinət almaq istəyəndə bilirlər ki, adlarında torpaq var”
2023-03-14 , 11:33

“Azərbaycan şirin suyun qıt olduğu ölkələr sırasındadır. Ölkəmizin su mənbələrinin 70 faizi kənarda formalaşır”. 

Yenilik.az xəbər verir ki, bu fikirləri millət vəkili Aydın Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deyib.
“Meşələrimiz də kütləvi şəkildə məhv olduğu üçün torpaqlarda aşınmalar gedir. Dağ yamaclarının hər birində terrasların çəkilməsi yağış sularından istifadəyə kömək edə və torpaq aşınmasının qarşısını ala bilər”, - deyə deputat vurğulayıb. 
Pay torpaqları məsələsinə toxunan millət vəkili bildirib ki, uzun müddətdir şəhərdə yaşayan, lakin hələ də adlarında pay torpaqları olan insanlar var: “Bu şəxslər sosial müavinət almaq istəyəndə məlum olur ki, özünündə xəbəri olmadan illərdir adında pay torpağı var. Buna görə də müavinət ala bilmir. Düşünürəm ki, pay torpaqlarının paylanması, xəritəyə alınması və s. məsələlərə yenidən baxılmalıdır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.