Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Beynəlxalq Əfv Təşkilatı: “İranda yeniyetmələr dəhşətli işgəncələrə məruz qalıblar”

Beynəlxalq Əfv Təşkilatı: “İranda yeniyetmələr dəhşətli işgəncələrə məruz qalıblar”

Beynəlxalq Əfv Təşkilatı: “İranda yeniyetmələr dəhşətli işgəncələrə məruz qalıblar”
2023-03-16 , 15:16

“İran hökuməti etirazları yatırmaq və narazıları susdurmaq üçün gənc və yeniyetmələrə qarşı dəhşətli işgəncə növlərinə, hətta cinsi zorakılığa əl atıb”.

Yenilik.az xəbər verir ki, “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə Beynəlxalq Əfv Təşkilatının İranla bağlı yaydığı hesabatda deyilir.
Sənəddə vurğulanıb ki, uşaqlara və yeniyetmələrə qarşı bu cür zorakılığın tətbiqi İranda gəncləri sıxışdırmaq və bu ölkədə azadlıq, insan haqları tələbinin qarşısını almaq üçün qəsdən həyata keçirilən strategiyadır.
Beynəlxalq Əfv Təşkilatının Almaniya üzrə nümayəndəsi və İran məsələləri üzrə eksperti Diter Karq, bütün ölkələri rejimi məsuliyyətə cəlb etməyə və ciddi tədbirlər görməyə çağırıb.

 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.