Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanda ibtidai sinif şagirdləri üçün talış, saxur, xınalıq və haput dili dərslikləri çap olunacaq

Azərbaycanda ibtidai sinif şagirdləri üçün talış, saxur, xınalıq və haput dili dərslikləri çap olunacaq

Azərbaycanda ibtidai sinif şagirdləri üçün talış, saxur, xınalıq və haput dili dərslikləri çap olunacaq
2023-03-17 , 11:40

Hazırda I-IV siniflər üçün “Talış dili”, “Saxur dili, “Xınalıq dili” və I sinif üçün “Haput dili” dərslik komplektlərinin çapı üzrə işlər aparılır.

Yenilik.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.
Hesabatda qeyd olunub ki, 2022-23-cü tədris ilinə I-XI siniflər üçün 21,7 min nüsxə “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri Gürcüstanın tədris Azərbaycan dilində olan ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə çatdırılıb. Eyni zamanda, ölkəmizdə tədris gürcü dilində olan məktəblərin tələbatına əsasən, Gürcüstan Elm və Təhsil Nazirliyindən daxil olmuş 1,5 min nüsxə dərslik tədris gürcü dilində olan məktəblərin şagirdlərinin istifadəsinə verilib.
Ümumtəhsil müəssisələrinin I-IV sinifləri üçün “Azsaylı xalqların dili” fənni üzrə dərslik komplektləri hazırlanıb.
Məzmun islahatları çərçivəsində altı fənn üzrə (“Riyaziyyat” I-XI, “Həyat bilgisi” I-IV, “Təbiət” V-VI, “Fizika” VII-XI, “Kimya” VII-XI, “Biologiya” VII-XII) kurikulumlar təkmilləşdirilib və ya yeni hazırlanıb.
Eyni zamanda, dörd fənn üzrə (“Azərbaycan dili” I-XI, “Ədəbiyyat” V-XI, “İngilis dili” I-XI, “Coğrafiya” VI-XI) kurikulumların təkmilləşdirilməsinə başlanıb.
Təmayüllü 10-cu və 11-ci siniflər üçün profil fənn kurikulumları hazırlanıb, təsdiq edilib və 2022/23-cü tədris ilində tətbiqinə başlanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.