Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İlham Əliyev: “Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır”

İlham Əliyev: “Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır”

İlham Əliyev: “Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır”
2023-03-28 , 15:06

“Bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır”.

Yenilik.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən söyləyib.
Ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Yəni, siz mənim nümayəndəm kimi və bütün vətəndaşlar bilməlidirlər ki, burada qayda-qanun var, özbaşına heç kim heç bir iş görə bilməz. Qaydalar nədir, qanunlar nədir, hər kəs ona əməl etməlidir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.