İlham Əliyev Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəblərini açıqlayıb
“Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb oldu. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etdi və bu, daha böyük faciələrə yol açdı”.
Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin səbəblərini izah edən dövlətimizin başçısı deyib: “Ondan (Laçının işğalından-red.) bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, ovaxtkı - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır və əlbəttə ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur”.
OXŞAR XƏBƏRLƏR