Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanın XİN rəhbəri Holokost Memorial Kompleksini ziyarət edib

Azərbaycanın XİN rəhbəri Holokost Memorial Kompleksini ziyarət edib

Azərbaycanın XİN rəhbəri Holokost Memorial Kompleksini ziyarət edib
2023-03-29 , 16:03

İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Holokost qurbanlarının xatirəsinə ucaldılmış Yad Vaşem memorial kompleksini ziyarət edib. 

Yenilik.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ziyarəti zamanı nazir Ceyhun Bayramov Holokost qurbanlarına həsr olunmuş abidənin önünə əklil qoyub. 
Nazir Ceyhun Bayramov 1953-cü ildən fəaliyyət göstərən memorial kompleksində, həmçinin, Holokost qurbanlarının sənədləri və fotoşəkillərinin sərgiləndiyi muzey və memorialın tədris mərkəzi ilə tanış olub, daha sonra kompleksin xatirə kitabını imzalayıb. 
Ziyarət zamanı kompleksin rəhbəri Dani Dayan Azərbaycan nümayəndə heyətinin üzvlərinə memorial kompleksi barədə məlumat verib.








Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.