Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İlham Əliyev dövlət agentliyinə 6,7 milyon manat ayırdı

İlham Əliyev dövlət agentliyinə 6,7 milyon manat ayırdı

İlham Əliyev dövlət agentliyinə 6,7 milyon manat ayırdı
2023-03-31 , 13:49

Prezident İlham Əliyev Zaqatala rayonunun Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi (150 km)-Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Yenilik.az xəbər verir ki, bununla bağlı Prezident.az məlumat yayıb. 
Sərəncama əsasən, on doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi (150 km)-Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.10-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,7 milyon manat ayrılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.