Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ: Vakansiya seçimi mərhələsi başlayır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ: Vakansiya seçimi mərhələsi başlayır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ: Vakansiya seçimi mərhələsi başlayır
2023-04-19 , 16:02

Aprelin 20-dən Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır.

Yenilik.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, müsabiqə qaydalarına uyğun olaraq, iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək.
Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailələrinin üzvləri 20 aprel saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 25 aprel saat 11:00-dək davam edəcək.
Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.