Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Bu qədər qəddar davranmaq olar?!”

“Bu qədər qəddar davranmaq olar?!”

“Bu qədər qəddar davranmaq olar?!”
2023-05-03 , 10:23

“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva bir neçə gün əvvəl məşqçisi tərəfindən öldürüldüyü iddia edilən 7 yaşlı Fərid haqqında paylaşım edib.

Yenilik.az xəbər verir ki, iş xanımı bu barədə facebook hesabında yazıb:
“7 yaşlı Fəridin canına qəsd edilən qorxunc, dəhşətli görüntüləri izlədiyim andan özümə gələ bilmirəm. Bir evin çırağı söndü, bir ailənin gülüşü üzündə dondu, dünyası yıxıldı…Fəridin anasının indi necə əzab çəkdiyini, canının necə yandığını bütün ürəyimlə hiss edirəm.

Anlaya bilmirəm, bir körpəyə, gücsüz, müdafiəsiz uşağa qarşı necə bu qədər acımasız, qəddar davranmaq olar?! Mənə görə bunun bircə adı var, vicdansızlıq! Yalnız insanlıqdan anlamayan birisi uşağı bu cür təpikləyə, canını acıda bilər. Əslində o təpik, o zərbə məsum Fəridlə birgə biz anaların da ürəyinə dəydi. Düz deyirlər ki, özgə uşağı olmur.

Uşaqlara olunan bütün haqsızlıq, qəddarlıqlar həm də bizə, onları adil insan, hər kəsə qarşı sevgi ilə yetişdirməyə çalışan analara və cəmiyyətimizə olunur. Ona görə də bu əməli törədən idman “müəllimi” ən sərt şəkildə cəzalandırılmalıdır. Əminəm ki, ədalət məhkəməsi ona haqq etdiyi cəzanı verəcək”.
Qeyd edək ki, 19 nömrəli məktəbin idman zalında idman məşqçisi Mehman Xəlilov kobud davranış nəticəsində 7 yaşlı Fərid Bakarovu öldürməkdə təqsirləndirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.