"El Canlı" şou başlayır - Video

ATV-nin efir proqramına daha bir yeni bir layihə daxil olub.
Məşhur aktyor Elcan Rəsulovun aparıcılığı ilə baş tutacaq bu layihə əyləncəli, bir-birindən maraqlı oyunlar, məşhur qonaqlarla zarafatlar və sürpriz dolu rubrikaları ilə tamaşaçıların görüşünə gələcək.
Qeyd edək ki, "El Canlı” layihəsi həftəiçi 5 gün saat 22:30-da yayımlanacaq. Proqramın ilk buraxılışı 15 may tarixində efirə gedəcək.
OXŞAR XƏBƏRLƏR