Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sahil Babayev Xalq artistinin oğlunu işdən çıxardı - FOTO

Sahil Babayev Xalq artistinin oğlunu işdən çıxardı - FOTO

Sahil Babayev Xalq artistinin oğlunu işdən çıxardı - FOTO
2023-05-18 , 14:29

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tanınmış Xalq artistinin oğlunu işdən çıxarıb.

 
Yenilik.az xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi(kiçik müşavir) Babək Mahmudov tutduğu vəzifəsindən azad olunub. O açıqlamasında məlumatı təsdiq edib.
 
"Elə şərait yaratdılar ki, mən də nazirin adına ərizə yazaraq işdən çıxdım. 16 ildir ki, nazirliyin müxtəlif strukturlarında bir sıra vəzifələrdə çalımışam."
 
Qeyd edək ki, Babək Mahmudov Xalq artisti Əbdül Mahmudovun(Şeyx Əbdül)oğludur.(Manşet.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.