Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İranın Azərbaycanda daha bir ofisi bağlandı

İranın Azərbaycanda daha bir ofisi bağlandı

İranın Azərbaycanda daha bir ofisi bağlandı
2023-06-02 , 16:59

İranın Bakıdakı mədəniyyət müşaviri ofisi bağlanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “IRNA” agentliyi məlumat yayıb.
Məlumatda iddia olunur ki, Azərbaycan tərəfi tələsik qərar verib : “İran öz qonşuları ilə problemləri dialoq yolu ilə həll etmək istəyir. Bakıda İran İslam Respublikasına məxsus bir çox mülklər var. Hökumətə məxsus mülklər üçün atılan son addımlar Azərbaycan tərəfinin tələsik qərarıdır. Bu da təbii ki, dialoq vasitəsilə həll oluna bilər”.
Məlumata görə, İranın Bakıdakı səfirliyinin mədəniyyət müşaviri arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarıldıqdan sonra İran bu postu ləğv etmək qərarına gəlib.
Xatırladaq ki, Azərbaycanın İrandakı səfirliyinə hücumdan sonra rəsmi Bakı bunu terror hadisəsi adlandırıb. Cari ilin əvvəlindən bu günədək ölkəmizdə İranın bir çox casus şəbəkəsi ifşa olunub. Bu günlərdə isə İrana dostunu görmək üçün gedən Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə casusluq ittihamı irəli sürülüb. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.