Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Zülfüqar Hüseynzadə Kəlbəcərə buna görə gedibmiş...

Zülfüqar Hüseynzadə Kəlbəcərə buna görə gedibmiş...

Zülfüqar Hüseynzadə Kəlbəcərə buna görə gedibmiş...
2023-06-18 , 17:15

Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu gün səhər saatlarında Kəlbəcərdə vəfat edib.


Yenilik.az qafqazinfo-ya istinadən xəbər verir ki, 52 yaşlı jurnalistin nənəsi 1993-cü ildə Kəlbəcərdən məcburi köçkün düşən zaman vəfat edib. Qadın qaçhaqaç məqamında dəfn edildiyi üçün, onun məzarına hər hansı nişan qoyulmayıb.

Yalnız Kəlbəcər işğaldan azad olunandan sonra Zülfüqar Hüseynzadə nənəsinin məzarını tapmaq qərarına gəlib. O, ötən il bununla bağlı Prezident Administrasiyasına icazə üçün müraciət edib və təklifi müsbət qarşılanıb.

Lakin ötən il hava şəraiti səbəbiylə qadının məzarını tapmaq mümkün olmayıb. Jurnalist bu məqsədlə yenidən ailə üzvləri ilə birgə bu il Kəlbəcərə yollanıb. Hətta aidiyyəti dövlət qurumları tərəfindən media nümayəndəsinə texnika baxımından da dəstək olunub. Onlar 4 gün ərzində qadının qəbiristanlıq olmayan ərazidəki məzarını tapıb geri dönməliydilər.

Lakin Zülfüqar Hüseynzadənin anidən şəkəri yüksəlib. Jurnalist yaxınlıqdakı hərbi hospitala aparılan zaman yolda keçinib.

Allah rəhmət eləsin!

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.