Nazir: Plagiat elmi işin müəllifinə qadağa qoyulmalıdır

Hesab edirəm ki, əqli mülkiyyətlə bağlı yuxarı yaş təbəqələri üçün cəza tədbirləri ağırlaşdırılmalıdır.
"Plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır. Bunun başqa yolu yoxdur", - deyə nazir əlavə edib.
Emin Əmrullayev bildirib ki, əqli mülkiyyət anlayışı uşaq yaşlarından aşılanmalıdır, bu, bir mədəniyyət göstəricisidir.
"İstinad anlayışı ilə şəxsən mən 20 yaşımda tanış olmuşam. Bu özü, aydın məsələdir ki, həm də bir psixoloji proses və anlayışdır. Ona görə də bu məsələlər şagirdlərə, tələbələrə ən yaxşı formada izah edilməlidir. Məktəb illərindən bu dəyər aşılanmalıdır".
OXŞAR XƏBƏRLƏR