Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Hacı Şahinin məzar daşı hələ də niyə hazır deyil?! — İlahiyyatçıdan AÇIQLAMA

Hacı Şahinin məzar daşı hələ də niyə hazır deyil?! — İlahiyyatçıdan AÇIQLAMA

Hacı Şahinin məzar daşı hələ də niyə hazır deyil?! — İlahiyyatçıdan AÇIQLAMA
2023-07-06 , 19:12

Mərhum ilahiyyatçı hacı Şahin Həsənlinin qəfil vəfatından 4 aydan çox vaxt keçməsinə baxmayaraq məzar daşının hələ də qoyulmaması ictimaiyyətdə narahatlığa səbəb olub. İnsanlar arasında təəssüf doğuran bu hal həm də fikir ayrılıqları yaradıb.


Bəziləri məzar daşının şəxsin vəfatından sonra 40 gün, bəziləri isə bir il ərzində qoyulmalı olduğunu düşünür. İlahiyyatçıların da bu barədə fikirləri eynilik təşkil etmir.    


İlahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlamasında məzar daşı ilə bağlı mübahisəli məqamlara da aydınlıq gətirib: 

“Qurani Kərimdə məzar daşının mütləq 40 gündə qoyulmalı olması ilə bağlı bir qayda yoxdur. Hədislərdə də belə bir məlumat verilmir, imamlarımızdan gələn fiqhi qaynaqlarda da buna rast gəlmirik. Bu, şəxslərin fərdi görüşləridir. 40 günə olsa nə olacaq, bir ilə olsa nə olacaq?! 

Bunun dünyadan köçən şəxsə bir faydası yoxdur. Önəmli olan qəbirin üzərində şəxsin kimliyini göstərməkdir. Biz düşünürük ki, qəbirin üzərində böyük, bahalı daşlar qoyaq, bağ-bağça salaq. Bu da bəzən xeyli vaxt alır”.  


Ağa Hacıbəyli qeyd edib ki, İslamda vəfat etmiş insana təmtəraqlı qəbir qoyulması, çəkilən artıq yas mərasimi xərcləri, göstəriş xarakterli addımlar düzgün sayılmır, dinimiz bunu yasaqlayır: 

“Cəmiyyətdə təmtəraqlı qəbir daşı düzəltmək, bahalı yas mərasimləri təşkil etmək sanki dəb halını alıb. Peyğəmbərimizin dövründən bəri hər zaman tarixdə böyük alimlərin, şəxsiyyətlərin, mücahidlərin qəbirlərinin sadə olduğunu görmüşük, önəmli olan insanın axirətə apardıqlarıdır”.

İlahiyyatçı bildirib ki, dinin qaydalarına görə torpağın üzərindən 10-15, ən çox 20 sm hündürlüyə qədər məzar daşı düzəltməyə icazə var:

“Bundan hündür olması uyğun hesab edilmir. Qəbirin üzərində ölən şəxsin kimliyi barədə nişan qoyulur. Dinimizin sadəliyi önə çəkir”.  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.