Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Məhkəmə Rəşad Dağlıya humanizm göstərdi, çox sağ olsunlar” – Rüfət Nasosnu   

“Məhkəmə Rəşad Dağlıya humanizm göstərdi, çox sağ olsunlar” – Rüfət Nasosnu 
 

“Məhkəmə Rəşad Dağlıya humanizm göstərdi, çox sağ olsunlar” – Rüfət Nasosnu 
 
2023-07-28 , 19:39

“İstənilən ata son sözündə övladlarına görə humanizm tələb etməlidir. Məhkəmədən mümkün olan ən kiçik cəzanı istəməlidir”.

Bu sözləri meyxanaçı Rüfət Nasosnu Ölkə.Az-a açıqlamasında sənət dostu Rəşad Dağlının məhkəmədəki son sözünə münasibət bildirərkən deyib.
O həmçinin elan olunan hökmə görə hakimə təşəkkürünü ifadə edib:
“Məhkəmənin qərarları müzakirə olunmur. Azərbaycan Respublikasının məhkəməsi ədalətlidir. Biz də hörmətlə yanaşırıq. Çox sağ olsunlar, mümkün qədər humanizm nümayiş etdirdilər və 9 il 6 ay cəza verdilər. Minnətdarlığımızı bildiririk. Ola bilərdi ki, həbs müddəti daha uzun olardı. Maddədə 9 ildən 14 ilə qədərdir. Çox sağ olsun hakim, hər şeyi nəzərə alaraq ən kiçik cəzanı verib”.
Qeyd edək ki, meyxanaçı Rəşad Dağlının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ona hökm oxunub. Hökmə əsasən, Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.