Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Qardaşım ehtiyatsızlığın qurbanı olub” deyən icra başçısı məsuliyyət daşıyır?

“Qardaşım ehtiyatsızlığın qurbanı olub” deyən icra başçısı məsuliyyət daşıyır?

“Qardaşım ehtiyatsızlığın qurbanı olub” deyən icra başçısı məsuliyyət daşıyır?
2023-07-28 , 19:49

“Lənkəranın icra başçısı Taleh Qaraşovun qardaşının ölümü ilə bağlı söylədiklərinə görə məsuliyyətə cəlb olunacağını demək çətindir. Bu, yəqin ki, istintaq materiallarında öz əksini tapacaq”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev deyib. 
O, Lənkəran İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun oğlu Azay Qaraşov tərəfindən qətə yetirilməsi faktında icra başçısının yanıldıcı açıqlamalarına münasibət bildirib.
Xatırladaq ki, İH rəhbəri mediaya açıqlamasında bildirmişdi ki, qardaşı silah təmizləyərkən ehtiyatsızlığın qurbanı olub.
Ə.Mustafayev isə əlavə edib ki, əgər icra başçısı həqiqəti bilirdisə, amma istintaqı aldatmaq, onu digər səmtə yönəltmək və qatili gizlətmək xətrinə bu ifadələri işlədibsə, bu, əlbəttə ki, cinayəti bilib xəbər verməməkdir: 
“Bundan ötrü Taleh Qaraşov məsuliyyət daşıyacaq. Amma ola bilər ki, həmin məqamda onun özü məlumatsız olub və həqiqəti bilməyib. Ona görə də bu başdan cinayət işi ilə tanış olmayan adam tərəfindən Taleh Qaraşova qarşı ittiham irəli sürmək düzgün olmazdı. 
Məncə, burada 2 variant var. Əgər burada qəsdən gizlədibsə, məqsədi olubsa ki, qardaşı oğlunu məsuliyyətdən yayındırsın, onda Taleh Qaraşov cinayət məsuliyyəti daşıyacaq. Yox, o anda bilmirdirsə, bu, ayrı”. 
“Bildiyim qədər Taleh Qaraşovun mərhum qardaşı da vəzifələrdə işləyib. Ola bilər ki, bu, səmimi yanıltma olsun. Lakin mümkündür ki, Taleh Qaraşov ailə üzvlərinə qarşı ola biləcək iradları kənarlaşdırmaq üçün bu metoddan istifadə etsin. Yəni yalan desin ki, bizim ailədə belə hadisələr ola bilməz, biz təmiz yaşayıb, təmiz işləmişik və s. Bu məqsədlə də ola bilər. Yaxud Taleh Qaraşovun tələm-tələsik belə ifadə verməsi başqa səbəblərlə bağlı da ola bilər. Məsələn, qardaşının ölümündən sonra belə fikirlər yarana bilərdi ki, Azay Qaraşov vəzifədə olarkən kimlərəsə pislik edib, nə isə edib deyə, qətlə yetirilib və s. Bəlkə də Taleh Qaraşov bu ittihamları təkzib etmək üçün belə bəyanat verib.
Fikrimcə isə baş verənlərin hamısını istintaq göstərəcək, çünki indiki halda qiymətləndirmə çətindir”, - tanınmış vəkil fikirlərini tamamlayıb. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.