Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Surət Hüseynovun kürəkənindən AÇIQLAMA: "Yanına gedib çıxan olmayıb..."  

Surət Hüseynovun kürəkənindən AÇIQLAMA: "Yanına gedib çıxan olmayıb..."  

Surət Hüseynovun kürəkənindən AÇIQLAMA: 
2023-07-31 , 16:38

"Hələ dəqiq bilinmir nə baş verib”. 

Yenilik.az xəbər verir ki, bu sözləri Qaynarinfo-ya Surət Hüseynovun Kamran adlı kürəkəni bildirib. 
 
Onun sözlərinə görə, Surət Hüseynov hazırda İstanbulda xəstəxanaların birindədir: "Onun reanimasiyada olduğu bildirilir. Hələ ki, ora gedib çıxan olmayıb. Ona görə də dəqiq heç nə deyə bilmərik. Deyirlər komaya düşüb”.
 
Surət Hüseynovun kürəkəninin sözlərindən belə anlaşılıb ki, keçmiş baş nazirin səhhəti qəfil pisləşib. Çünki onun səhhətində problemlərin olduğu müşahidə olunmayıb. 
 
"Vallah bilinmir, qəfil olub deyəsən. Bir ora gedək çıxaq, ondan sonra dəqiq biləcəyik. Hələlik heç nə deyə bilmirik”, - deyə Surət Hüseynovun kürəkəni bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.