Alimentlə bağlı VACİB XƏBƏR- VİDEO
"Aliment tələbinə dair məhkəmə qərarlarının çoxu yerinə yetirilmir".
Millət vəkilinin sözlərinə görə, problemin aradan qaldırılması üçün ''Aliment fond''u yaradılmalıdır və aliment verməyən şəxslərin uşaqlarına ödəmələr dövlət tərəfindən həyata keçirilməlidir.
Hicran Hüseynova qeyd edib ki, aliment ödəməyənlərin həbsi ilə problemi çözmək mümkün deyil. Təbii ki, məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidir. Amma, müxtəlif vasitələrlə bu boşluğu doldurmaq lazımdır.
Millət vəkili əlavə edib ki, məsələ yeniden parlamentdə müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Aliment Fondunun yaradılması məsələsi bir neçə dəfə Ombudsmanın illik məruzələrinə də daxil edilib. Sonradan məsələ Milli Məclis səviyyəsində də müzakirə olunsa da, bugünədək fondunun yaradılması müsbət həllini tapmayıb.
Mövzu ilə bağlı daha ətraflı:
OXŞAR XƏBƏRLƏR