Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Anam dedi ki, sənə təzə ata tapmışam” – VİDEO

“Anam dedi ki, sənə təzə ata tapmışam” – VİDEO

“Anam dedi ki, sənə təzə ata tapmışam” – VİDEO
2023-08-23 , 14:16

“Anam dedi ki, sənə təzə ata tapmışam. Mən də dedim ki, təzə ata yox, səni istəyirəm”

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.
Əlacsızlıqdan yarı tikili binalardan birində gecələyən Ruslan bildirib ki, valideynləri bir müddət öncə boşanıblar:
“Anam dedi ki, sənə təzə ata tapmışam. Mən də dedim ki, təzə ata yox, səni istəyirəm”.
Ruslanın sözlərinə görə, ögey atası ilə bir evdə yaşamaq istəmədiyi üçün Zabratdakı sığınacağa üz tutub. Lakin bir müddət sonra anası onu sığınacaqdan çıxarıb, yaşadığı evə gətirib. Ögey atasından şiddət görən Ruslan evi təkrar tərk edib və küçədə yaşamağa başlayıb.
Baku TV-nin müraciətindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi Ruslanı Bakıdakı sığınacaqlardan birinə təyin etdi. Lakin çəkilişdən 2 gün sonra verilən məlumata görə, Ruslan sığınacağı tərk edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.