Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputatın şirkəti məhkəməyə verildi

Deputatın şirkəti məhkəməyə verildi

Deputatın şirkəti məhkəməyə verildi
2023-08-31 , 14:32

"Kaspi-yıldız" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.

 
Pravda.az-ın xəbərinə görə, MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti "Azər KMİ" şirkəti edib.
 
Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - alqı-satqı müqaviləsi üzrə mübahisələr olan iş hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq.
 
Qeyd: "Kaspi-Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 1996-cı ildə təsis edilib. Şirkətin təsisçilərindən biri deputat İqbal Məmmədovdur. O, 2010-cu ilə qədər şirkətə rəhbərlik edib. Deputat seçildikdən sonra qardaşı Asif Məmmədovun "Kaspi-Yıldız”ın rəhbərliyinə keçib. Asif Məmmədov 2006-2011-ci illərdə Balakən, 2011-2013-cü illərdə isə Şamaxının icra başçısı vəzifəsində çalışıb. Asif Məmmədovdan sonra şirkətə İqbal Məmmədovun digər qardaşı Çingiz Məmmədov rəhbərlik edib. Hazırda şirkətin qanuni təmsilçisi Məmmədov Ramiz Fərman oğludur. O, İqbal Məmmədovun qardaşı oğludur. "Kaspi-Yıldız” yanğınsöndürmə balonların, yanğın dəsti, bir qapılı və iki qapılı yanğın qutuları istehsalı və satışını, yanğın siqnalizasiyasının və qazlı yanğın söndürmə sistemlərinin, kamera-nəzarət sistemlərinin yanğından muhafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını, texniki baxışını və təmirini, yaşayış və dövlət binalarının, kommersiya obyektlərinin həmin avadanlıqlar və sistemlər vasitəsilə təchiz edilməsini həyata keçirir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.