Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Məktəbli çantası bədən çəkisinin 10 faizindən çox olmamalıdır" - Həkim

"Məktəbli çantası bədən çəkisinin 10 faizindən çox olmamalıdır" - Həkim

2023-09-13 , 16:20

"Uşaqların məktəbli çantası bədən çəkisinin 10 faizindən çox olmamalıdır. Çanta seçərkən yüngül və uşaqların yaşına uyğun olması nəzərə alınmalıdır"

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, travmatoloq Kamil Eyvazov deyib. Həkim bildirib ki, uşaqların uzun müddət eyni vəziyyətdə oturması da düzgün deyil:
"Ona görə tövsiyə olunur ki, uşaqlar 35-40 dəqiqədən bir hərəkət üçün ayağa qalxmalı, fasilə verməlidir. Eyni zamanda, uşaqların idmanla məşğul olması, asudə vaxtlarını aktiv keçirməsi tövsiyə olunur. Skolioz qorxulu xəstəlik deyil. Sadəcə vaxtında aşkarlamaq və müalicə ilə müsbət nəticə əldə etmək mümkündür. Onurğanın sağ və sol tərəflərində fərq varsa, bu zaman skoliozdan şübhələnmək olar. Bu halda mütəxəssisə müraciət etmək lazımdır".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.