Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Hikmət Hacıyev: “Qarabağ Azərbaycanın daxili məsələsidir”

Hikmət Hacıyev: “Qarabağ Azərbaycanın daxili məsələsidir”

Hikmət Hacıyev: “Qarabağ Azərbaycanın daxili məsələsidir”
2023-09-16 , 15:58

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının İrəvanla dialoqa getmək üçün mümkün kompromislərə hazır olması haqqında sualı şərh edib.

Yenilik.az-ın məlumatına görə, TASS agentliyinə müsahibəsində Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfi nə Ermənistanla, nə də hər hansı üçüncü ölkə ilə ölkənin ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə etməyəcək:
“Dövlətimizin daxili işlərinə qarışmaq cəhdləri, o cümlədən Azərbaycan rəhbərliyi ilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa beynəlxalq mexanizmlərin yaradılması mövzusunu gündəmə gətirmək cəhdləri iflasa məhkumdur.
Qarabağ Azərbaycanın daxili məsələsidir və bunu mübahisələndirmək cəhdləri regionda davamlı sülhə nail olmaq perspektivləri baxımından əks nəticə verir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.