Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » XİN başçıları son erməni təxribatlarını müzakirə etdilər

XİN başçıları son erməni təxribatlarını müzakirə etdilər

XİN başçıları son erməni təxribatlarını müzakirə etdilər
2023-09-20 , 07:50

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isveçrəli həmkarı İnatsio Kassislə görüşüb.

Yenilik.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında paylaşılıb.
Bildirilib ki, görüşdə Azərbaycan-İsveçrə tərəfdaşlığı, regional təhlükəsizlik məsələləri və son erməni hərbi təxribatları müzakirə edilib. 
Qeyd edək ki, görüş BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutub. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.