Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Özbəkistandan Azərbaycanın qələbəsi ilə bağlı AÇIQLAMA

Özbəkistandan Azərbaycanın qələbəsi ilə bağlı AÇIQLAMA

Özbəkistandan Azərbaycanın qələbəsi ilə bağlı AÇIQLAMA
2023-09-20 , 14:36

Senat sədrinin birinci müavini Sadiq Safoyev qeyd edib ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmini alqışlayır.

KONKRET.az xəbər verir ki, Sadiq Safoyev bildirib ki, “Biz Azərbaycanın bütün sahələrdə, xüsusən də ərazi bütövlüyü və ədalətin bərpası baxımından əldə etdiyi nailiyyətlərdən razıyıq. Biz Azərbaycanın bütün çətinliklərə baxmayaraq öz ərazi bütövlüyünü bərpa etmək və qorumaq uğrunda apardığı ədalətli mübarizəni dəstəkləyir, hökumətin və xalqın qətiyyətini alqışlayırıq.
Əminəm ki, Azərbaycan tezliklə Qarabağı dünyanın ən cənnət bölgələrindən birinə çevirəcək və Şuşa qucağını açacaq və onun gözəlliyindən zövq almaq üçün dünyanın hər yerindən qonaqları qəbul edəcək”.
Qeyd edək ki, bundan əvvəl, sentyabrın əvvəlində Özbəkistan Xarici İşlər Nazirliyi Qarabağda keçirilən seçkilərlə bağlı açıqlama vermişdi.
“Özbəkistan Respublikası dost Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, onun daxili işlərinə hər hansı müdaxiləni pisləyir və 2023-cü il sentyabrın 9-da Qarabağda keçirilmiş prezident seçkilərini tanımır”, – deyə məlumatda bildirilirdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.