Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mübarizin "vətənpərvərliyi": İnsanlar hüzn içində, Mənsimovlar ailəsində isə toydur...

Mübarizin "vətənpərvərliyi": İnsanlar hüzn içində, Mənsimovlar ailəsində isə toydur...

Mübarizin
2023-09-27 , 15:00

Təki evlərdə həmişə toy-büsat, şənlik olsun. Hər bir valideyn istəyər ki, övladının xoş gününü görsün. Amma bəzi məqamlar var ki, mütləq nəzərə alınmalıdır. Hər kəs anlamalıdır ki, bizim rahat, təhlükəsiz yaşamağımız üçün Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini qoruyan, Vətən üçün canından keçməyə hazır olan qəhrəmanlara borcluyuq. Ona görə də mövzu Qarabağdırsa, oradakı separatçıların təmizlənməsi üçün keçirilən antiterror əməliyyatlarıdırsa, hamımız dövlətin yanında olmalıyıq, hərəkətlərimizə diqqət etməliyik. Bilirsiniz ki, sentyabrın 19-da antiterror əməliyyatları keçirilib, şəhidlərimiz olub, yaralananlar da həmçinin. Amma bəziləri etik normaları gözləməyərək toy, şənlik təşkil edir. Təsəvvür edin, qan tökülüb, evlərə şəhid tabutu gedir, kimsə də övladına toy edir.

Azərbaycanın daha bir hərbçisi şəhid oldu - FOTO Pravda.az
Hər şeyi inzibati yolla qadağa etmək də düzgün deyil. Bu, sadəcə, ləyaqət və vicdan məsələdir. Məsələn, bir neçə gen əvvəl "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı oğlu Qurbanəli Mənsimovun toy mərasimi keçirilib. Ən həssas məqamda. İnsanlar hüzn içində, Mənsimovlar ailəsində isə toydur. Mübariz Mənsimov "vətənpərvərlik"dən dəm vurur, sosial şəbəkədə layk xatirinə pafoslu çıxışlar edir. Gəmilərə şəhidlərin adını verir, təqdir olunur, ümid edək ki, burada da reklam niyyəti yoxdur. Çünki baş verənlər əksini deyir. "Vətənpərvər" Mübariz niyə qardaşı oğluna tövsiyə etməyib ki, toy mərasimini bir qədər ertələsin?

Deməli, onların vətənpərvərliyi, torpağa bağlılığı sözdədir, əməl isə ortadadır. Heç utanmadınızmı övladı şəhid olan ata-anadan, atası şəhid olan övladlardan? Heç utanmadınızmı iki gün sonra nişanı olacaq şəhidin ailəsindən? Onların acısına şərik olmaq beləmi çətindir sizin üçün? Onlar düşünürlər ki, övladlarımız torpaqlarımız uğrunda canlarını fəda edəndə, kimlərsə toy-büsat qurur, əylənir... Ümumiyyətlə, dövlət belə məsələdə qadağa qoymur, insanların öz vicdanına buraxıb. Belə olan halda, kim nədirsə, iç üzü ortaya çıxır. Olmazdımı ki, toylar və başqa şənliklər bir müddət təxirə salınsın? Axı bu Vətən övladları hamımızın uğrunda döyüşüb şəhid olublar... Təbii ki, şəhid valideynləri böyük insanlardır, onlar yaxşını-pisi ayırd etməyi hamıdan yaxşı bilirlər. Amma düşünürəm ki, qəhrəmanlarımızın ata-analarına, övladlarına qarşı həssas olmalıyıq. Sözdə deyil, əməldə! Şənliklərindən qalmayanlar əmin olsunlar ki, hərəkətləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbələrə kölgə sala bilməz. Vətən müharibəsi və sonrakı əməliyyatlar qəhrəmanlıq salnaməmizdir, Azərbaycan tarix yazdı, elə tarix ki əsrlər boyu müzakirə olunacaq, təhlil ediləcək. 
 
Kənan Mirzəyev

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.