Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qərbi Kaspi Universiteti keyfiyyət standartları sertifikatlarına layiq görülüb

Qərbi Kaspi Universiteti keyfiyyət standartları sertifikatlarına layiq görülüb

Qərbi Kaspi Universiteti keyfiyyət standartları sertifikatlarına layiq görülüb
2023-10-03 , 14:48

Türk Standartları İnstitutunun Qərbi Kaspi Universitetində standartların tələblərinə əsasən inteqrasiya edilmiş edarəetmə sistemlərinin qurulması və sertifikatlaşdırılması üçün təşkil etdiyi audit sona çatıb və idarəetmə sistemləri üzrə Qərbi Kaspi Universiteti aşağıdakı beynəlxalq sertifikatlarla təltif edilib:
 
1. TS EN İSO 9001: 2015 Quality Managment System ( Keyfiyyətin İdarəedilməsi)
 
2. TS EN İSO 14001: 2015 Enviroemntal Managment System (Ətraf mühitin idarəedilməsi)
 
3. TS EN İSO 45001 Occupational Health and Safety Managment System (Sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyin idarəedilməsi)
 
Bu sertifikatlar təsdiq edir ki, Universitet idaəetmə sisteminin beynəlxalq standartlar səviyyəsində qurulmasını təmin etmişdir. 
Türk Standartları İnstitutu tərəfindən sertifikatların təqdim olunma mərasimi oktyabr ayının sonuna planlaşdırılır.
 
Məlumat üçün bildirək ki, ISO 9001 beynəlxalq standartında keyfiyyəti idarəetmə sisteminin əsas tələbləri qismində istehlakçının mənafeyinin qorunması, prosesin səmərəliliyinin təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, düzgün qərar qəbuletmə mexanizmi, istehsalçı ilə istehlakçı arasındakı müştərək maraqlardan doğan qarşılıqlı əlaqələrin vacibliyi kimi prinsiplər əsas götürülür. ISO 14001: 2015 ətraf mühit, təşkilatın özü və maraqlı tərəflər üçün dəyər kəsb edən təşkilatın ətraf mühiti idarəetmə sisteminin nəzərdə tutulan nəticələrə nail olmasına imkan yaradır. ISO 45001 standartı əməyin mühafizəsi və təhlükəsizliyinin (İSG) idarəetmə sistemləri üçün Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) standartıdır. ISO 45001-in məqsədi isə fiziki və əqli sağlamlığı təşviq etmək və qorumaq da daxil olmaqla, istehsalat xəsarətlərinin və peşə xəstəliklərinin azaldılmasına xidmət edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.