Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri ilə Naxçıvan Mediasiya Təşkilatında görüş keçirilib.

Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri ilə Naxçıvan Mediasiya Təşkilatında görüş keçirilib.

Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri ilə Naxçıvan Mediasiya Təşkilatında görüş keçirilib.
2023-10-19 , 17:47

Bu gün Naxçıvan Mediasiya Təşkilatının 2023-cü il üçün tədbirlər planına müvafiq olaraq Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri ilə Naxçıvan Mediasiya Təşkilatında görüş keçirilib.


Görüşdə təşkilatın rəhbəri Yusif Həsənov çıxış edərək Mediasiya İnstitutunun Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında təşəkkülü və inkişafı, mediasiyanın prinsip və məqsədləri, mübahisələrin həllində mediasiyanın rolu, mediasiyada həll oluna biləcək mübahisələr haqqında görüş iştirakçılarına məlumat vermişdir. 

Tələbələr konfidensiallıq gözlənilmək şərtilə mediasiya prosesinin aparılmasında praktiki iştirak etmiş, mediasiya sənədlərinin qeydiyyatı, arxivləşdirilməsi qaydaları ilə tanış olmuşlar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.