Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İsrail-HƏMAS müharibəsi qızılı BAHALAŞDIRIR

İsrail-HƏMAS müharibəsi qızılı BAHALAŞDIRIR

İsrail-HƏMAS müharibəsi qızılı BAHALAŞDIRIR
2023-10-30 , 16:48

İsrail-HƏMAS müharibəsinin davam etməsi və ABŞ-də faizlərin artırılmaması qızılı bahalaşdırır. 


Sfera.az xəbər verir ki, qızılın qiyməti bu gün beynəlxalq birjaların açılmasından az sonra 2000 dolları ötüb. Qiymət 2020 dollara çatdıqdan sonra bir qədər ensə də ötən həftənin cümə günü ilə müqayisədə hələ də yüksəkdir. 

Ekspertlər hesab edir ki, qızılın bahalaşmasına daha çox Yaxın Şərqdə baş verən müharibənin genişlənməsi ehtimalı təsir edir. İnvestorlar müharibənin genişlənəcəyini nəzərə alaraq qızıl alışını artırıblar. 

Qeyd edək ki, son bir ayda qızılın qiyməti 9 faizdən çox yüksəlib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.