Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » TV rəhbəri Bakıda 2 məşhur klinikanı aldı - FOTO

TV rəhbəri Bakıda 2 məşhur klinikanı aldı - FOTO

TV rəhbəri Bakıda 2 məşhur klinikanı aldı - FOTO
2023-11-06 , 16:09

Azərbaycanda iki məşhur klinika - “Baku City Hospital” və “Türk-American Medical Center” satılıb.


Bakupost.az xəbər verir ki, hər iki klinikanın yeni sahibi tibbi media və biznes təşkilatçısı, politoloq. "Səhiyyə TV"nin təsisçisi, Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyevdir.
Məlumata görə, A.Xudiyev “Baku City Hospital”ı nə az-nə çox 8 milyon manata alıb. Sahibkar dəyişilsə də, hospitalın əvvəlki sahibi, ortoped-travmatoloq Bayram Qorçiyev baş həkim kimi vəzifəsində qalıb.
Qeyd edək ki, son günlər bir neçə məşhur klinikanın bağlanma təhlükəsində olduğu barədə informasiyalar yayılır. Bildirilir ki, sığorta sisteminin tətbiqi özəl klinikaların gəlirlərini xeyli dərəcədə azaldıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.