Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Novostroykalar"da qarajlar satıla və ya kirayə verilə bilərmi?

"Novostroykalar"da qarajlar satıla və ya kirayə verilə bilərmi?

2023-12-06 , 22:06

Bakının daşınmaz əmlak bazarında müxtəlif təyinatlı qarajlar satılır.  Bunlara müxtəlif küçə, prospekt və məhəllələrdəki daş və dəmir qarajlar, yeni tikili binaların altındakı avtomobil qarajları və qaraj tipli qeyri-yaşayış obyektləri aiddir. Bəzi çoxmərtəbəli binaların zirzəmisi qaraj kimi istifadə olunur.

Hətta həmin sahənin qaraj kimi bina sakinlərinə satılması praktikası geniş yayılıb. Məlumata görə, MTK-lar qaraj üçün 10 kvadrat metrlik sahəni təxminən 60 min manata satırlar. Ancaq qanunvericiliyə görə, mənzillərin zirzəmisi satıla və ya kirayə verilə bilməz.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Hit.az-a şərhində bildirib ki, çoxmənzilli binalarda zirzəmi 1 mərtəbədən ibarətdirsə, bu, texniki mərtəbə hesab olunur və bu mərtəbə sırf təhlükəsizlik üçün nəzərdə tutulur:
“Çoxmərtəbəli binaların zirzəmisində texniki mərtəbə anlayışı var. Texniki mərtəbə o deməkdir ki, fövqəladə vəziyyət zamanı bina sakinlərinin təxliyyəsi üçün nəzərdə tutulub. Texniki mərtəbələrin qaraj sahəsi kimi bina sakinlərinə satılması və bu məqsədlə hər hansı sənədin verilməsi qanunsuzdur.
Qanunvericiliyə əsasən, texniki mərtəbənin qaraj kimi istifadə edilməsi, satılması və ya kirayə verilməsi mümkün deyil. Vətəndaşlar bilməlidir ki, həmin sahənin gələcəkdə özəlləşdirilməsi və ya qeydiyyata alınması mümkün olmayacaq. Onlara verilən müqavilənin hüquqi baxımdan heç bir əsası yoxdur.
Mülkiyyətçilərin birgə istifadəsinə aid olan sahələr onsuz da bina sakinlərinə məxsus olduğundan əlavə ödəniş etmələrinə ehtiyac yoxdur. Mənzil Məcəlləsinin 35-ci maddəsində qeyd olunur ki, sahə mülkiyyətçilərinin ümumi əmlakını müəyyən edir. Ümumi əmlak dedikdə sahə mülkiyyətçilərinin birgə istifadəsinə aid olan sahələrdir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.